Nardaranda 130 saylı məktəbin qarşısında bir qrup şəxs tərəfindən dini şüarlar səsləndirilib.
“Yeni Sabah” xəbər verir ki, məktəbin qarşısına toplaşan şəxslər məktəblərdə vahid geyim forması ilə bağlı məsələni əllərində bayraq edərək açıq-aşkar radikal dini təbliğata yol veriblər.
Kadrlardan aydın görünür ki, məktəbin qarşısında toplaşan bir qrup şəxs tərəfindən "İmam Zaman sənə sadiq əsgərik" kimi şüarlar səsləndirilib. Təhsilin heç bir forması, hər hansı geyim qaydası ilə yaxından uzaqdan əlaqəsi olmayan bu cür ifadələrin İran təbliğatı və açıq-aşkar təxribat cəhdi olduğu şübhə doğurmur. pizza
Qeyd edək ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
Telegram kanalımız