Narışkin gizli şəkildə Ankaraya gedib

saytların hazırlanması

Evə çatdırılma

Narışkin gizli şəkildə Ankaraya gedib

Dünya

14 Noyabr 2022 15:03 810


Ankarada Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar gedir.

Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, Rusiyanı Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təmsil edir.

Bu görüş daha əvvəl ictimaiyyətə açıqlanmayıb. Mənbə hələlik danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib. pizza mizza

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ankara danışıqları ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Sonuncu dəfə Rusiya və Amerika nümayəndə heyətləri bu il yanvarın 10-da Cenevrədə təhlükəsizlik təminatlarına dair danışıqlar üçün görüşüblər. Yanvar danışıqları prosesinin praktiki nəticələrinin olmaması çox vaxt Ukraynada hərbi əməliyyatların başlanması üçün diplomatik ilkin şərt kimi qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!