Sentyabrın 12-13-də Azərbaycanda 83 cinayət hadisəsinin açılması təmin edilib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlərNazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan tarixlərdə ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Pepperoni pizza
Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər isə saxlanılıb.
Aytac Əliyeva
Telegram kanalımız