“Narkomaniyanın əsas hədəfi məktəblərdir” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Narkomaniyanın əsas hədəfi məktəblərdir” - Deputat

Sosial

02 Dekabr 2023 13:41 731


Milli Məclisin deputatı Fazil Mustafa narkomaniya bəlasından danışıb. 

Yenisabah.az xəbər verir ki, millət vəkili narkomaniyanın təhsil ocaqlarında daha geniş yayıldığını vurğulayıb: "Narkomaniyanın əsas hədəfi məktəblərdir".  

Fazil Mustafa “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə bildirib ki, narkomaniyaya qarşı mübarizə tədbirləri zamanı məktəblər də diqqətdən kənarda qalmamalıdır.  pizza

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə deyib ki, narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir: "Bu problemlərlə mübarizə aparmaq üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir”. 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!