NASA bu görüntüləri ilk dəfə dərc etdi

saytların hazırlanması

Evə çatdırılma

NASA bu görüntüləri ilk dəfə dərc etdi

Dünya

02 Yanvar 2023 15:48 884


NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib.

Yenisabah.az xəbər verir ki, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasından buraxılmış NOAA-21 peykində yerləşir.

Şəkil dekabrın 5-dən 6-dək gün ərzində çəkilmiş Yerin peyk görüntülərini birləşdirir. Fotoda Karib dənizindəki mavi su ləkələrini, Hindistanın şimalındakı tarlalarda yanğınların tüstüsünü görmək olur.  Sezar pizza

Milli Ekoloji Peyk İnformasiya Xidmətinin qeyd etdiyi kimi, VIIRS sistemi ətraf mühitlə bağlı, xüsusən də qasırğaların proqnozlaşdırılması üçün vacib olan buz, bulud, toz, əkinlər, okeanların vəziyyəti və onların səthinin temperaturu ilə bağlı mühüm məlumatlar təqdim edir.

Müşahidələr üçün ən vacibi Yerin bir qütbündən digər qütbünə hərəkət edən peyklərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!