Navalnının qardaşı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Navalnının qardaşı həbs olundu

Rəsmi

28 Yanvar 2021 16:00 948


Rusiya müxalifətinin lideri, Kremlin tənqidçisi Aleksey Navalnının yaxın qohumu və həmkarı sanitar-epidemioloji qaydaların pozulması ittihamıyla 48 saatlığa saxlanıb. Bu gün - yanvarın 28-də məhkəmə müxalifətçinin öz həbsindən apelyasiya şikayətinə də baxılıb.

Yenisabah.az xəbər verir ki, rusiyalı siyasətçinin qardaşı Oleq Navalnı və Antikorrupsiya Fondunun (AKF) hüquqşünası Lyubov Sobol da saxlanılıblar. Məhkəmə onlar barəsində qətimkan tədbiri seçənədək təcridxanada qalacaqlar. Bu haqda fondun direktoru İvan Jdanov və Navalnının həmkarı Leonid Volkov məlumat yayıblar.

Modern.az-ın yazdığına görə, Oleq Navalnı yanvarın 27-də qardaşının Moskvadakı mənzilinin qapısını polisə açmayıb və saxlanıb. Polis qapını sındıraraq mənzilə daxil olub. Dördpendirli pizza

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun Noviçok sinir qazyıla zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!