Nazarbayevin dövlət mühafizəsi ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayevin dövlət mühafizəsi ləğv edilir

Dünya

01 İyun 2023 11:50 817


Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin funksional vəzifələrindən çıxarılması təklif edilir.

Yenisabah.az xəbər verir ki, bu, Nazarbayevin və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “Qazaxıstan Respublikasının ilk prezidenti - Elbası haqqında” konstitusiya qanununun fevral ayında ləğv edilməsi nəticəsində mümkün olub.

Qanunda eks-prezident Nazarbayev və onun ailə üzvləri üçün bir sıra imtiyazlar var idi. “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna əsasən, o, lazımi xidmətləri olan mənzil və dövlət bağı, mühafizəçiləri, sürücüləri ilə şəxsi avtomobili, ölkə daxilində pulsuz səyahəti, tibbi xidmət və sanatoriya müalicəsi ilə təmin olunur. Sezar pizza

Mart ayında Maliyyə Nazirliyi Nazarbayevin ofisinin maliyyəsini kəsib.

2022-ci ilin sentyabrında Astana adı Qazaxıstanın paytaxtına qaytarılıb, 2019-cu ilin martından isə şəhər Nur-Sultan adlandırılmışdı.

30 ilə yaxın Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayevin iyulun 6-da 83 yaşı tamam olacaq. O, 2019-cu ilin martında dövlət başçısı vəzifəsindən istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!