Mayın 4-də Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldını 7 il müddətinə azadlıqdan məhrum edib.
Yenisabah.az xəbər verir ki, o, özbaşınalıq və adam oğurluğunda təqsirli bilinərək əmlakı müsadirə olunmadan həbsə məhkum olunub.
G. Satibaldı Qazaxıstanın dövlət mükafatı - “Kurmet” ordenindən də məhrum ediləcək. pizza sifarişi
Bu iş üzrə ikinci təqsirləndirilən Satybaldı Madi Batırşayevin sürücüsü də 7 il, üçüncü müttəhim, adam oğurluğunun səbəbkarı Rəşid Utebekov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Gülmira Satıbaldı 2022-ci il martın 16-da saxlanılaraq Astanada müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ona və bir sıra digər şəxslərə qarşı biznesin zəbt edilməsi ilə bağlı araşdırma elan edib. 2023-cü ilin yanvarında məlum olub ki, Satybaldı adam oğurluğu və özbaşınalıqda ittiham olunur.
O, böyük içki şirkətlərinin səhmlərini ələ keçirməyə çalışıb, zərərin məbləği 6 milyard tengedən çox olub.
Gülmira Satıbaldı əvvəllər Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı ilə evli olub, 2018-ci ildə "Forbes" nəşrinə görə, ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib, onun sərvəti 163 milyon dollar dəyərində qiymətləndirilib.
Telegram kanalımız