"Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır".
Yenisabah.az APA-ya istinadla əbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu gün dünyada bir qrup texnologiyanı hazırlayandır, digər qrup onlardan istifadə edənlərdir: pizza sifarişi
"Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil.
Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasları 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox? Bu uyğunlaşmaya getsək, müddətlərin qısaldılması mümkündür".
Telegram kanalımız