Nazir Böyük Britaniyaya işgüzar səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Böyük Britaniyaya işgüzar səfər etdi

İqtisadiyyat

26 Oktyabr 2026 14:17 75


Birləşmiş Krallıqda iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“Yeni Sabah” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşərək strateji tərəfdaşlıq, qeyri-neft-qaz, sənaye, enerji və maliyyə xidmətləri sahələrində birgə təşəbbüsləri, eləcə də Britaniya investorlarının Azərbaycandakı layihələrə cəlb olunmasını müzakirə edib.

London Fond Birjasının baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları və Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışı nəzərdən keçirilib. Səfər zamanı həmçinin “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” nümayəndələri ilə investisiya, aviasiya, ticarət və infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə fikir mübadiləsi aparılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!