Sabahın havası bəlli oldu –   Bu ərazilərdə diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası bəlli oldu – Bu ərazilərdə diqqətli olun!

Sosial

26 Oktyabr 2026 13:09 88


Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Sezar pizza

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, gündüz isə 5-10 dərəcə isti gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!