Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin III rübünün yekunlarına görə depozit portfelinin dinamikası məlum olub.
“Yeni Sabah” xəbər verir ki, cari ilin üçüncü rübündə bankların əksəriyyətində depozit portfelinin həcmində artım qeydə alınıb, bəzi maliyyə qurumlarında isə azalma müşahidə olunub.
Statistikaya görə, nəhəng banklar arasında ABB (10.704.491.780 manat, 20.4% artım) və Kapital Bank (10.305.862.000 manat, 24.3% artım) on milyard manatdan çox depozit portfeli ilə liderliyi bölüşürlər. Marqarita pizza
Eyni zamanda, portfelini faiz nisbətinə görə ən çox böyüdən maliyyə qurumları AFB Bank (369.935.410 manat, 63.4% artım), Bank VTB Azərbaycan (153.422.690 manat, 50.7% artım) və Bank of Baku (1.059.090.330 manat, 43.1% artım) olub. Siyahıda Ziraat Bank Azərbaycan (874.104.900 manat, 28% artım), Bank Avrasiya (89.723.460 manat, 25.5% artım), Expressbank (372.203.000 manat, 19.5% artım), Yapı Kredi Bank Azərbaycan (630.603.390 manat, 19.5% artım), ASB Bank (511.414.970 manat, 7.5% artım), Azər Türk Bank (1.668.241.000 manat, 7.3% artım), Unibank (1.441.523.582 manat, 4.6% artım) və Premium Bank (402.339.000 manat, 2.1% artım) da müsbət dinamika nümayiş etdiriblər.
Bununla yanaşı, bəzi bankların depozit portfelində azalma qeydə alınıb. Yelo Bank (1.091.268.890 manat, 0.3% azalma), PAŞA Bank (7.487.038.000 manat, 0.9% azalma), Rabitəbank (848.073.580 manat, 3.4% azalma), AccessBank (1.092.011.000 manat, 3.6% azalma), TuranBank (425.657.000 manat, 9.2% azalma), Xalq Bank (1.598.454.880 manat, 16.8% azalma) və Bank Respublika (1.096.564.030 manat, 19.2% azalma) cari dövrü geriləmə ilə başa vuran qurumlar sırasındadır.
Telegram kanalımız