Həyat sığortası şirkətlərinin 2026-cı ilin III rübünün yekunlarına görə xalis mənfəətlərinin dinamikası məlum olub.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazar iştirakçılarının əksəriyyətində artım qeydə alınıb. Açıqlanan rəqəmlərə əsasən, cari ilin ilk doqquz ayında “Paşa Həyat Sığorta” 41.147.189 manat (2% artım), “Atəşgah Həyat Sığorta” 12.910.974 manat (55% artım), “Qala Həyat Sığorta” 7.879.869 manat (1% artım), “Mega Həyat Sığorta” 3.408.949 manat (41% artım), “Xalq Həyat Sığorta” isə 2.145.318 manat (10% artım) xalis mənfəət əldə edib.
Statistikadan göründüyü kimi, dövr ərzində ən yüksək xalis mənfəətə malik lider şirkət “Paşa Həyat Sığorta” olub, illik dinamikada isə ən yüksək artım templəri “Atəşgah Həyat Sığorta” və “Mega Həyat Sığorta”nın payına düşüb. Dördpendirli pizza
Telegram kanalımız