Özünüməşğulluq proqramı çərçivəsində “Maldarlıq” zərfi üzrə cins damazlıq heyvanlar əldə etmək istəyən şəxslərin təsərrüfatları bir sıra tələblərə cavab verməlidir.
Bu barədə “Yeni Sabah”a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, hər bir inək üçün minimum 6 kvadratmetr sahə ayrılmalı, döşəmə üçün qum, torpaq, rezin və ya ağac kəpəyi kimi uyğun örtükdən istifadə edilməlidir. Həmçinin təsərrüfatda havalandırma və işıqlandırma üçün pəncərə, heyvanların gəzməsi üçün örüş sahəsi və uyğun saxlanma şəraiti olmalıdır. Toyuqlu pizza
Qeyd edilib ki, təsərrüfatın əvvəlcədən bu tələblərə uyğun hazırlanması cins damazlıq heyvanların sağlamlığının qorunması və məhsuldarlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də proqramdan yararlanmaq istəyən şəxslərə təsərrüfatlarını müəyyən edilmiş şərtlərə uyğunlaşdırmaları tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız