Sibel Can evlilikdən imtina edib? - Həbsdən sonra səhnəyə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Sibel Can evlilikdən imtina edib? - Həbsdən sonra səhnəyə çıxdı

Şou

26 Oktyabr 2026 14:00 91


Sibel Canın şəxsi həyatı ilə bağlı yeni iddialar ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, çirkli pulların yuyulması ittihamı ilə Emir Sarıgülün həbsindən sonra səhnəyə çıxan müğənninin şən əhvalı və rəqsi diqqətdən yayınmayıb.

Müğənni İstanbuldakı konsertdə pərəstişkarları qarşısında çıxış edib. Səhnə geyimlərinə görə əvvəllər də tənqid olunan Sibel Can bu dəfə qara, krujevalı libası ilə göz oxşayıb.  Dominos pizza

Emir Sarıgüllə uzun müddətdir münasibətdə olan Sibel Canın sentyabr ayında Marmarisdə evlənəcəyi deyilirdi. Lakin sonradan Sibel Can bu sevdadan vaz keçib. 

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun çirkli pulların yuyulması iddiaları ilə bağlı araşdırması çərçivəsində bir sıra şəxslər barəsində həbs qərarı verilib. Yeni Partiyanın Ərzincan üzrə deputatı, Mustafa Sarıgülün keçmiş arvadı Aylin Kotil, oğulları Ömer Sarıgül və jurnalist Murat Ağırel də araşdırma çərçivəsində saxlanılıb. Barəsində saxlanılma qərarı olan Emir Sarıgül isə əməliyyatdan 3 gün sonra vəkili ilə birlikdə təslim olub. Sonrakı əməliyyatlar zamanı Mustafa Sarıgülün yaxın çevrəsindən olan şəxslər və bəzi iş adamları daxil olmaqla, 19 nəfər həbs edilib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!