Nazirlər Kabinetindən mühüm qərar

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabinetindən mühüm qərar

Siyasət

09 Sentyabr 2026 18:06 102


Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Baku Medical Plazaya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib. Toyuqlu pizza

Eyni zamanda “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

Baku Medical Plazaya kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 20 iyul 2026-cı il tarixli qərarı ilə Respublika Diaqnostika Mərkəzinə transplantasiyası, götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!