Nazirlik Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə aydınlıq gətirdi

Sosial

19 Avqust 2026 13:34 78


“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.

“Dövlət qurumu olaraq, təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi təmin edib. Mədəniyyət Nazirliyinin özəl kitabxanalarla münasibətdə qanunvericiliyin imkan verdiyi dəstək mexanizmlərindən biri kitabxana fondunun zənginləşdirilməsidir. “Simurq” kitabxanası – kitabxanamı deyək, kitab köşkümü, kitab rəfimi deyək – açıldığı gündən maksimum dərəcədə dəstək göstərmişik. “Simurq” adlı kitabxana ilə bağlı məsələni də bütün bu proseslərin ümumi mənzərəsi fonunda düzgün təhlil etmək lazımdır”, - nazir müavini bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!