İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Hadisə

26 Noyabr 2026 23:59 57


Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə Tiktok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə görüntülər yayılıb.

“Yeni Sabah”ın məlumatına görə, İranın Azərbaycandakı səfirliyi APA-ya bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

Bununla belə, səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir. Bakıda online alış-veriş

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!