Nazpəri: “Artıq sənətə qayıtmışam“

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri: “Artıq sənətə qayıtmışam“

Şou

05 Noyabr 2022 14:00 1081


"Məlum səbəblərdən toylara getmirdim. Amma mən gördüm ki, bu müddətdə tamaşaçılarımın sevgisi daha da artdı".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O əlavə edib: "Onlar məni qoymadılar ki, sənətdən uzaqlaşım. Mənə ruh verdilər, elə sözlər dedilər ki. Bu bir tərəfə bükülüb, atılası sənət deyil axı. Ailəvi dostumuzun toyunda çıxış etdim, daha sonra da dəvət olunduğum toylara getdim. Allah xalqımıza hər zaman gözəl toylar nəsib etsin. Hər bir ana öz övladının toyunda qol qaldırıb oynasın". Toyuqlu pizza

Xalq artisti son yeniliklərindən də danışıb:  "Şəhidlər üçün çox mahnılar oxumuşam. Bəzilərinin sözlərini elə həmin şəhidlərin ailə üzvəri - anaları, həyat yoldaşları yazıb. Mən də onu bəstəkarlara təqdim edib, hazırlamışam. Bir neçə mahnılarım da var, lentə almalıyam. Müğənni Tunar da həyatıma həsr etdiyi mahnı var. Mən artıq sənətə qayıtmışam, gücümü bir daha göstərməliyəm. Tamaşaçılar üçün yaşayıb, onlar üçün oxumalıyam", - deyə sənətkar bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!