Nepalda sel fəlakətinin dəhşətli nəticələri: 5 mindən çox insan hələ də itkindir

saytların hazırlanması

Evə çatdırılma

Nepalda sel fəlakətinin dəhşətli nəticələri: 5 mindən çox insan hələ də itkindir

Dünya

06 Oktyabr 2026 13:16 87


Nepalda avqust ayında baş verən dağıdıcı sel fəlakətindən sonra 5 mindən çox insanın taleyi hələ də məlum deyil.

“Yeni Sabah” xəbər verir ki, ölkədə 26 avqustda başlayan və ən ağır təbii fəlakətlərdən biri kimi qiymətləndirilən sel nəticəsində ən azı 1 455 nəfər həyatını itirib.

Rəsmi məlumatlara görə, 5 285 nəfərdən isə hələ də xəbər yoxdur. Axtarış-xilasetmə əməliyyatları zamanı 13 795 nəfər sağ xilas edilib. pizza sifarişi

Nepal hökuməti həftələrlə davam edən axtarış-xilasetmə işlərini başa çatdırıb. Bundan sonra əsas diqqətin bərpa və yenidənqurma işlərinə yönəldiləcəyi bildirilib.

Səlahiyyətlilər itkin düşən şəxslərin ailələrinin sığorta, bank və digər rəsmi prosedurları həyata keçirə bilməsi üçün hüquqi proses başladıb. İtkinlərin rəsmi olaraq ölü elan edilməsi üçün də müvafiq prosedurların tətbiqi nəzərdə tutulur.

Fəlakət nəticəsində 12 hidroelektrik stansiya layihəsi ilə yanaşı, çox sayda yol, körpü, yaşayış məntəqəsi və kənd təsərrüfatı sahəsi yararsız vəziyyətə düşüb.

Dağıntıların aradan qaldırılması və zərərçəkənlərin həyat şəraitinin bərpası üçün Nepalın təxminən 5 milyard dollar vəsaitə ehtiyacı olduğu bildirilir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!