“Nərimanov” metrosunun çıxışı bağlanır? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Nərimanov” metrosunun çıxışı bağlanır? - RƏSMİ AÇIQLAMA

Sosial

30 İyun 2026 17:42 332


Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. “Nərimanov" metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

“Bakı Metropoliteni” QSC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, söküntü işləri səbəbindən “Nərimanov” stansiyasının ərazidə yerləşən çıxışı bağlanamayacaq: Marqarita pizza

“Bakı metropoliteninin “Nərimanov” stansiyasının yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən görülən işlər icra olunduğu müddətdə  sərnişinlərin gediş-gəlişi üçün keçidlərin bağlanması, həmçinin sözügedən təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin hər hansı əlavə təmir və bərpa işlərinin təşkil etməsi nəzərdə tutulmur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!