Nəsimi Nəbizadə “Qurtuluş”dan qaçıb?   - “4 ay orada qaldım, gördüm ki...”

saytların hazırlanması

Evə çatdırılma

Nəsimi Nəbizadə “Qurtuluş”dan qaçıb? - “4 ay orada qaldım, gördüm ki...”

Sosial

19 Yanvar 2026 20:56 12401


Əməkdar jurnalist, tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi "Qurtuluş" reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Oxu.Az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır:

"Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktlar üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam". Toyuqlu pizza

N.Nəbizadə reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım.

Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm. Yaxın vaxtlarda yəqin ki, yeni işimlə bağlı açıqlama verəcəyəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!