Netanyahu BƏƏ-yə getdi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu BƏƏ-yə getdi

Dünya

28 Sentyabr 2026 15:12 82


İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər edərək BƏƏ Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, Əbu-Dabi şəhərində baş tutan və təxminən 6 saat davam edən yüksəksəviyyəli danışıqların əsas mövzusu İran məsələsi və regiondakı təhlükəsizlik vəziyyəti olub. Tərəflər regional sabitliyin təmin edilməsi və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, BƏƏ və İsrail 2020-ci ildə imzalanmış "İbrahim sazişləri" çərçivəsində rəsmi diplomatik münasibətlər qurub və tərəflər arasında təhlükəsizlik üzrə təmaslar mütəmadi olaraq davam etdirilir. Lakin hər iki ölkənin rəsmi qurumları baş tutan son səfərlə bağlı hələlik rəsmi bəyanat yaymayıblar. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!