Netanyahunun oğlu fərari kimi damğalanır

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun oğlu fərari kimi damğalanır

Dünya

24 Oktyabr 2023 16:02 362


Ehtiyatda olan hərbçilər HƏMAS-a qarşı döyüşmək üçün evlərinə qayıdarkə İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Mayamidə qaldığı üçün tənqid hədəfi olub.

Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, 32 yaşlı Yair Netanyahu ən azı aprel ayından Floridadadır. Atası ona atası ona sosial mediada qızışdırıcı yazılar dərc etməyi dayandırmağı tövsiyə edib, çünki buna görə dəfələrlə məhkəmə iddialarına səbəb olub.

İsraildə 360.000 ehtiyatda olan əsgər geri çağırılıb. Onların çoxu İsrailə qayıtmaq üçün hər şeydən əl çəkdi, hətta bal ayından. Lakin Yair Netanyahu Mayamidə qalıb. Dördpendirli pizza

İsrailin şimal cəbhəsində xidmət edən könüllülərdən biri deyib: “Mən cəbhə xəttində olarkən Yair Mayami çimərliyində həyatdan həzz alır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!