Nigar Fərhad kişiləri hədəfə aldı: “Qazanmayan kişinin...” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhad kişiləri hədəfə aldı: “Qazanmayan kişinin...” - VİDEO

Şou

13 May 2026 10:08 142


“Mənə yenə provokativ bir sual gəlib və onu cavablandırmağa məcburam. Sual belədir: qazanmayan kişi münasibətdə ola bilərmi? Açığı, bilmirəm yenə dilimin bəlasına düşəcəyəm, ya yox, amma düşündüyümü deməliyəm”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad deyib.

O bildirib ki, qadın qazansa da, münasibətdə maddi yükün əsas hissəsi kişinin üzərinə düşməlidir: Dördpendirli pizza

“Məncə, sual belə qoyulmamalıdır: qazanmayan kişi sevə bilərmi, yaşaya bilərmi, normal insan ola bilərmi? Əlbəttə, ola bilər. Çünki insanın qazanmaması bəzən onun tənbəlliyindən yox, həyat şərtlərindən qaynaqlanır. İş tapa bilmir, çətinlik yaşayır, müəyyən problemlərdən keçir. Yəni “qazanmayan” statusunun da bir səbəbi, bir tarixçəsi var.

Amma sual konkret münasibətlə bağlıdırsa, mənim şəxsi düşüncəmə görə, kişi münasibətdə müəyyən məsuliyyət daşıyır. Münasibətin içində kişinin üzərinə düşən bəzi yüklər var və həmin yükləri daşımaq üçün müəyyən maddi sabitlik də lazımdır. Ona görə də, tamamilə qazancı olmayan bir kişinin münasibəti sağlam şəkildə davam etdirməsi çətin ola bilər Çünki münasibətdə bir kişinin üzərinə çox məsuliyyət düşür”.

Mən burada bahalı restoranlardan, bahalı hədiyyələrdən və ya lüks səyahətlərdən danışmıram. Söhbət ən minimal məsuliyyətlərdən gedir. İngiliscədə “bare minimum” deyilən bir anlayış var, yəni kişinin münasibətdə qadına göstərməli olduğu ən sadə diqqət və qayğı”.

Nigar Fərhad son dövrlərdə münasibətlərdə ənənəvi rolların dəyişdiyini vurğulayıb:

“Qadına diqqət göstərmək, onun müəyyən ehtiyaclarını qarşılamaq kişinin üzərinə düşən məsuliyyətdir. Təbii ki, qadının da öz məsuliyyəti var. Qadın özünü təmin edə bilər, işləyə bilər, qazanar. Amma qadının vəzifəsi kişini saxlamaq deyil.

Kişinin isə qadına qayğı göstərməsi, onu xoşbəxt etməyə çalışması münasibətdə vacib amillərdəndir. Buna görə də qazanmayan bir kişinin münasibəti sağlam şəkildə davam etdirməsi çətin olur. Çünki maddi imkan olmayanda qadını xoşbəxt etmək də çətinləşir.

Bəli, elə qadınlar ola bilər ki, “eybi yoxdur, mən hər çətinliyə dözərəm” desin. Amma reallıq budur ki, heç bir qadın daim sıxıntı içində olmaqdan xoşbəxt olmur. Buna görə də münasibətdə maddi məsuliyyət daha çox kişinin üzərinə düşür. Kişi işləməli, qazanmalı və həm özünü, həm də münasibətini ayaqda saxlamağa çalışmalıdır.

Ümumiyyətlə, qazanan qadınla qazanan kişinin fərqi var. Qadın daha çox özü üçün qazanır, kişi isə həm özü, həm də sevdiyi qadın üçün qazanmağa çalışır.

Amma indiki dövrdə bəzi şeylər dəyişib. Mənə çox qadın yazır və ətrafımda da bunu tez-tez müşahidə edirəm. Artıq bir çox hallarda qadın kişiyə daha çox xərc çəkir, nəinki kişi qadına.

Mənim tanıdığım bir çox qadın var ki, öz problemlərini kişiyə demədən özü həll edir. Borcu olur, çətinliyi olur, amma bunu qarşı tərəfin üzərinə qoymur. Digər tərəfdən isə bəzi kişilər qadınlara tez-tez maddi problemlərindən danışır və hətta bəzi xərclərini qadının qarşılamasını istəyirlər.

Sevgi olan yerdə qarşılıqlı dəstək təbii ki, problem deyil. Amma bəzi hallarda sanki rollar dəyişib. İndi qadınlar kişidən nəsə istəməyə utanır, amma bəzi kişilər qadından rahat şəkildə nə isə tələb edə bilir.

Qadınların yazdığı mesajlarda da bunu görmək olur. Bir çox qadın nə isə istəməyə çəkinir. Halbuki münasibətdə qadın da özünü qadın kimi hiss etmək istəyir.

Əgər bir kişi qarşısındakı qadına qadın kimi yanaşmırsa, ondan necə kişi kimi münasibət gözləyə bilər? Bu mümkün deyil. Qadın da ətrafına baxır, başqa münasibətləri görür və istər-istəməz müqayisə edir. “Başqalarının həyat yoldaşı belə davranır, belə qayğı göstərir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!