Nigar Fərhadın ərini DTX həbs edibmiş

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Sosial

28 Avqust 2026 13:58 120


Teleaparıcı Nigar Fərhadın saxlanılması yenidən onun rəhbərlik etdiyi “AİD Group”la bağlı məsələni gündəmə gətirib.

"Yeni Sabah.az baku.es-ə istinadla xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır.

Onlar şikayətlərini eyni zamanda sosial şəbəkələr üzərindən ictimailəşdirməyə başlayıblar. pizza sifarişi

Nigar Fərhadın əri Samir Yəhyazadəni bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. 

Artıq şirkətin rəhbəri Nigar Fərhad da daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində Nigar Fərhadın barəsində də həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.

“AID Group” xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət Samir Yəhyazadə və əri Nigar Fərhad tərəfindən yaradılıb. N.Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!