Nikol Paşinyan Rusiyanı təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan Rusiyanı təriflədi

Dünya

06 Noyabr 2025 15:16 351


Nikol Paşinyan Rusiya Federasiyasının Azərbaycandan keçməklə Ermənistana dəmir yolu ilə yük daşımaları sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, Baş nazie qeyd edib:

"Rusiya Federasiyasının dəmir yolu ilə bağlı fəaliyyətini alqışlayıram. Avqustun 8-dən sonra ekspertlər də daxil olmaqla, bəziləri bunun Rusiya və ya İran üçün mənfi hal olduğu barədə fikirlər səslənəndə biz "yox” dedik. Dördpendirli pizza

Bu qərar Ermənistan-Rusiya münasibətlərinin inkişafına və dərinləşməsinə töhfə verəcək və üç aydan sonra bizdə konkret nəticələr var: 132 vaqon!"

Baş nazir qeyd edib ki, proseslər Ermənistan hökumətinin proqnozlarına tam uyğundur.

Xatırladaq ki, noyabrın 6-da səhər tezdən Rusiya taxılını daşıyan ilk qatar – 15 vaqon Azərbaycan və Gürcüstandan keçərək Ermənistana gəlib. Ermənistana ümumən 1000 tondan çox taxıl təhvil verilib. Yaxın vaxtlarda təxminən 1000 ton Qazaxıstan taxılını daşıyan daha 15 vaqonun Ermənistana gəlməsi gözlənilir.

Rusiya Nəqliyyat Nazirliyi 2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrut üzrə əlavə 132 vaqonun buğdanın göndərilməsinin planlaşdırıldığını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!