Müğənni Niyam Salami varisinin kimliyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Space Maqazin"ə danışan ifaçı evinin qardaşı oğluna qalacağını bildirib:
“Subaylığın daşını heç zaman atmayacağam. Ailənin məsuliyyəti çox böyükdür. O məsuliyyət isə mənim üçün deyil. Varisim 14 yaşlı İsmayıl adında oğlumdur. O, qardaşımın övladıdır. İsmayılı oğlum kimi istəyirəm. Demişəm ki, bacımın qızını alsın. Babamın və nənəmin adı olacaq - Həliməxatun və İsmayıl. Evim onlara qalacaq”.
Telegram kanalımız