Nobel mükafatının məbləği artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Nobel mükafatının məbləği artırıldı

Dünya

18 Sentyabr 2026 23:21 103


Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir.

Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb. pizza hut

Bəyanatda qeyd olunur ki, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edib. Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə yenidən baxılıb.

2012-ci ildə bu məbləğ 10 milyon krondan 8 milyon krona endirilmişdi. O vaxtdan bəri mükafatın məbləği üç dəfə artırılıb.

Builki Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan ediləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!