Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

İdman

26 Sentyabr 2026 18:10 93


26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiya ilə qarşılaşıb. Görüş idmançının yeddinci raundda nokautla məğlub olması ilə yekunlaşıb. Döyüş bitdikdən sonra Torres huşunu itirənə qədər rinqdə qalıb. İdmançıya tibbi yardım göstərilərək Mexikalidəki xəstəxanaya yerləşdirilib. Orada onun beynindəki tromb səbəbindən təcili əməliyyat aparılıb və boksçu süni koma vəziyyətinə salınıb. Sentyabrın 25-də idmançı aldığı ağır xəsarətlərdən ölüb. pizza hut

Xatırladaq ki, Torres peşəkar boksda ilk dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, karyerası ərzində 15 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub və 3 qarşılaşmanı heç-heçə başa vurub.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!