Nüşabə: O gündən tövbə etdim

saytların hazırlanması

Evə çatdırılma

Nüşabə: O gündən tövbə etdim

Şou

11 Mart 2025 11:52 273


Əməkdar artist Nüşabə Ələsgərli yolda başına gələn qorxu dolu hadisədən söz açıb. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, “Yollar bizi ayırmasın” verilişinə müsahibəsində o bildirib. 

“Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir avtomobil idarə etmirəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb.  Sezar pizza

Günlərin bir günü rayona toya gedirdim. Ailə üzvlərim də mənimlə avtomobildə idilər. Onları rayona qoyub, toya getdim. Gecə tək qayıtdım. TIR-ın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlanıb durdu. Şəmkirdən Bakıya kimi necə gəldim, onu Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam”. 

Müğənni illər əvvəl avtomobili təhlükəsizlik kəməri taxmadan idarə etdiyini deyib:

“Avtomobillərin ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyən maşını alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O zaman kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!