Ögey oğlu ilə münasibət quran qadın növbəti dəfə hamilədir.
Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə fenomeni olan Marina Balmaşeva ögey oğlundan ikinci uşağına hamilədir.
Belə ki, bir neçə il əvvəl qızları dünyaya gələn cütlüyün yenidən övladı olacaq. Bu barədə Marina 620 mindən çox izləyicisi olan “İnstagram” hesabında məlumat verib.
Onu bu xəbərə görə xeyli qınayan olsa da qadın heç kəsin fikrini dinləməyib. Marina keçmiş ərindən boşandığı və ögey oğlu ilə münasibət qurduğu üçün peşman olmadığını deyərək, ayrılmaq fikrində olmadığını bildirib.
Telegram kanalımız