Oğlu efirdə Əlikram Bayramovdan şikayət etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Oğlu efirdə Əlikram Bayramovdan şikayət etdi - Video

Şou

22 İyul 2023 10:43 1444


Müğənni Əlikram Bayramovun oğlu Qalib atasından şikayətlənib. 

Yenisabah.az xəbər verir ki, "Xəzər Axşamı" proqramında qonaq olan ifaçı atasının tərs olduğunu, toylarda ona oxumaq üçün şərait yaratmadığını etiraf edib: 

"Atam tərs adamdır. Məsələn, hərdən bir yerdə toylara düşürük, mənə yer vermir, məndən əvvəl girir".  Marqarita pizza

Ə.Bayramov isə oğluna zafatyana "axşam evə getməyəcəksən, bala?" - deyə irad tutub. 

Verilişdə qonaq olan meyxanaçı Orxan Lökbatanlı isə Əlikram Bayramovun məclisi idarə etmək üçün bu addımı atdığını bildirib: 

"Qalib, bu söhbətlərdən sonra evə taksi ilə getməli olacaqsan. İstəyirsən, gedək bizdə qal. Əlikram müəllim professional adamdır, harda nə oxumaq lazımdır bilir. O bizdən böyükdür, sənətkardır. Oxumağı hər adam bacara bilər, amma məclisi idarə etmək çox çətindir. Mən dəfələrlə onunla birgə el şənliklərində olmuşam, bunu görmüşəm". 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!