Oğlunun müğənni olmasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

Oğlunun müğənni olmasını istəyir

Şou

09 İyul 2026 14:04 76


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu övladının gələcək sənət seçimi ilə bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, oğlunun ata peşəsini davam etdirməsini istəmir və onu daha çox müğənni kimi görmək arzusundadır:

"Mənim və daha bir neçə həmkarımın bu sahədə qazancı, şükürlər olsun ki, yaxşıdır, dolanışığımız normaldır. Lakin klarnet ifaçılığı həddindən artıq ağır, məşəqqətli peşədir. Bu sənətlə çox böyük layihələrə imza atmaq, irəli getmək asan deyil. İnstrumental musiqidə uğur qazanmaq, tanınmaq cəmi bir neçə nəfərə qismət olan nadir bir şansdır. Məhz bu çətinlikləri bildiyim üçün övladımın klarnetçi yox, vokal ifaçısı, yəni müğənni olmasını daha çox arzulayıram". pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!