Oksana polisə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Oksana polisə müraciət etdi

Şou

05 Fevral 2025 16:04 377


Aktrisa Oksana Rəsulova paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, sənətçi qayınanası və əri tərəfindən döyülən, işgəncəyə məruz qalan, indi isə qayınanası və qayınatası tərəfindən evinə buraxılmayan bir qadın üçün kömək istəyib. 

"Bir qadın, ana, vətəndaş, insan olaraq bu qadının səsini eşitdim. İnandım, onunla bir yerdə ağladım, o insanın ona və övladına zülm verdiyi anları təsəvvür etdim, uşağın travması gözümün önündədir. İnanıram ki, polis bu işə ədalətli baxacaq" deyə, Oksana paylaşımında yazıb.  pizza mizza

Qeyd edək ki, Həlimə Ələkbərova adlı qadın əri Elvin tərəfindən 7 il işgəncələrə məruz qaldığını bildirib. O, həyat yoldaşı öldükdən sonra qayınanası və qayınatasının onun evini əlindən aldığını, içəri buraxmadıqlarını deyib. /Axşam.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!