Ölənlər “günahkar”, külək “təqsirkar”, “Şəki yaylası”nın sahibi isə günahsız mələk!

saytların hazırlanması

Evə çatdırılma

Ölənlər “günahkar”, külək “təqsirkar”, “Şəki yaylası”nın sahibi isə günahsız mələk!

Hadisə

10 Sentyabr 2026 00:15 104


Əvvəlcə məlumat belə yayıldı ki, “Şəki yaylası” adlı istirahət məkanında kanat trosunun qırılması nəticəsində Coşqun Məmmədov yerə düşüb və dünyasını dəyişib; qopan tros yerdə olan Ucal Bayramova da dəyib və o da həlak olub.

Sonra hər iki şəxsin kanatdan istifadə edərkən trosun qırılması nəticəsində vəfat etdikləri haqda məlumat yayıldı.

Coşqun Məmmədovun 31 yaşı varmış, bu ay ailə quracaqmış - demək, iki ailə bədbəxt oldu! Dördpendirli pizza

Ucal Bayramov isə evlilik ildönümünü qeyd etmək üçün bu əyləncə məkanına gedibmiş - bir ildir ailə qurubmuş və demək, bu faciə də bir ailə ilə yekunlaşmır.

Faciədir, əlbəttə və bu faciəvi hadisəni “Şəki yaylası”nın sahibi, administratoru, işçiləri qətiyyən arzulamasa da, ortada bir səhlənkarlıq var.

İlkin ehtimallar da bu istiqamətdə idi!

Elə ki “Şəki yaylası”nın sahibinin məşhur iş adamı, “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzov olduğu üzə çıxdı, ehtimallar da dəyişdi!

Bir kanal əməkdaşının “hadisə yerindən” dediklərinə baxaq: adam əvvəlcə Şəki turizminin gözəlliklərindən bəhs edir, sonra keçid edir “Şəki yaylası”ndakı faciəyə. Ehtimal deyil, tam qənaətlərlə başlayır döşəməyə ki, iki gənc burada “ekstremal, adrenalin idman növü kimi hesab olunan Ziplayndan (Zipline) yıxılaraq (???) həyatlarını itirdilər”.

Faciəvi hadisəyə o formada giriş vermək üçün hansı peşəkarlıq səviyyəsi tələb olunduğunu bir kənara qoyaq. Ancaq Ziplaynın əyləncə olmasını "ikinci dərəcə"yə keçirmək, onu “ekstremal idman növü” kateqoriyasında göstərmək və faciəni “bədbəxt hadisə” olaraq xarakterizə etmək birilərini məsuliyyətdən qorumağa hesablanan təqdimata çox bənzəyir.

Ekstremal oyun növüdürsə, əyləncə mərkəzində niyə Ziplayn quraşdırılır? Bu sualın cavabı varmı?

Deyir: “Məlum oldu ki, gənclər tros qırılması nəticəsində deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın rolikləri trosdan çıxaraq, yerə düşüblər”...

Bu erməni budaq cümləsi ilə nəyi izah etmək istəyir? Yəni külək gəncləri çaşdırıb, gənclər çaşdığı üçün “rolik”lər trosdan çıxıb və onlar yerə çırpılıblar?

Bəs, bu suallara kim cavab verəcək?

- Küləkli hava idisə, Ziplayndan istifadəyə niyə icazə verilirdi?

- “Rolik”lər trosdan necə “çıxa” bilər - banka qapağıdır? Tras qırılmasa və yaxud “rolik”lər sınmasa, trosdan necə ayrıla bilər?

- Təhlükəsizlik məqsədi ilə qoruyucu, yəni əlavə kəndir trosa bağlanır - o kəndir həm də oturacaq kimi düzəldilir və istifadəçi onun üstündə oturur. Əgər tros qırılmayıbsa, “rolik” sınıb və trosdan çıxıbsa, qoruyucu kəndir niyə onları saxlamayıb? Yoxsa qoruyucu kəndiri bağlamağı Ziplayndan istifadənin təhlükəsizliyini təmin etməli olanlar “unudublar”?

- Gənclərə qoruyucu dəbilqə vermişdilərmi? Yoxsa onu da təhlükəsizliyə cavabdeh olanlar "unutmuşdu"?

“Gördüyünüz kimi, burada troslar sağlam qalır və qırılmayıb” deyir “hadisə yerindən” reportaj verən şəxs.

Bəs, kəndir niyə qorumayıb axı bu gəncləri? Bu sualın cavabı niyə yoxdur?

“Ümumiyyətlə, idman həvəskarları turizm sahəsində həmişə risk altında olublar - istər alpinizm olsun, istər ziplaynlar olsun...” - deyir reportajçı.

Necə yəni risk altındadır? Ziplaynla alpinizmi bir cərgəyə qoymaq olar?...

Yəni ziplaynlardan istifadə edənlər əvvəlcədən ölüm hökmlərinə qol çəkirlər?

Aha, deyəsən, elə bunu da demək istəyir reportajçı: “Gənclər Ziplayndan istifadə etməmişdən öncə sığortaya qol çəkiblər”.

Qəribədir: “Şəki yaylası”nda "rolik"in qırılması külək və gənclərin çaşmasının nəticəsidir və gənclər sığortaya qol çəkməklə, ölüm halında kimsənin məsuliyyət daşımayacağını istəyiblər?

Və həm də o qəribədir ki, bunu bütün media tirajlayır və “gənclər sığortaya imza atıblarmış”ı da “özləri ölümə gediblərmiş” kimi təqdim edirlər sanki...

Bəlkə, gənclərin ora ölmək üçün getdiyini və intihar etdiyini deyib, ara yerdə “Şəki yaylası”nı bədnam etdiklərinə keçid edəsiniz və həlak olanlardan təzminat istəyəsiniz?

Yeri gəlmişkən, Məhərrəm Novruzovun xanımı da bir neçə il öncə qəza etmiş, iki nəfər yaralanmışdı, kürəkəni isə sərxoş vəziyyətdə idarə etdiyi bahalı maşınla qəza törətmiş, 4 nəfəri öldürmüşdü. Yəqin onda da günah ölən 4 nəfərdə imiş - çünki "ekstremal oyun növü sayılan" bahalı maşının sərxoş sürücüsündən qaçıb gizlənə bilməmişdilər...

Anar Niftəliyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!