2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz artaraq 76 milyard 817.7 milyon manat təşkil edib.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri neft-qaz sektoru 2.2 faiz genişləndiyi halda, neft-qaz sektoru 0.6 faiz azalıb. Eyni zamanda informasiya və rabitə (10.4%), əsas kapitala investisiyalar (10.7%), nəqliyyat (7.1%) və pərakəndə ticarətdə (3.8%) davamlı artım müşahidə olunub.
Avqustun 1-nə ölkənin strateji valyuta ehtiyatları 12.2 faiz artaraq 86 milyard 814.9 milyon dollara yüksəlib, inflyasiya dərəcəsi isə 5.7 faiz səviyyəsində qərarlaşıb. pizza sifarişi
Cəlalə
Telegram kanalımız