“Onlar telefonlarına baxmalıdır ki, pensiya hesaba köçüb, ya köçməyib”

saytların hazırlanması

Evə çatdırılma

“Onlar telefonlarına baxmalıdır ki, pensiya hesaba köçüb, ya köçməyib”

Dünya

27 Avqust 2026 14:08 133


Robert Koçaryan, Serj Sarkisyan və iş adamı Qaqik Sarukyan pensiyaları və qanuni gəlirləri ilə yaşamalı və qanunsuz yolla əldə etdikləri pullar Ermənistan Respublikasına və xalqına tam şəkildə qaytarılmalıdır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, üçlüyün cinayət təqibi barədə danışarkən qeyd edib:  Marqarita pizza

"Siyasi sual budur: ayın 1-i yaxınlaşdıqca Robert Koçaryan, Qaqik Sarukyan və Serj Sarkisyan telefonlarını götürüb pensiyalarının ödənilib-ödənilmədiyini yoxlamalıdırlar, çünki onlar pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Son dənəsinə, son qəpiyə, son sentə qədər qanunsuz olaraq mənimsədikləri pullar Ermənistan Respublikasına və xalqına qaytarılmalıdır; başqa yol yoxdur. Əgər bu baş verməsə, bu, yeni bir inqilabın baş verməsi deməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!