Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp Çində keçiriləcək APEC sammitində iştirak etsələr, qaçılmaz olaraq görüşüb danışacaqlar.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"APEC sammitinə qədər hələ çox vaxt var. Əgər liderlər eyni tədbirdə iştirak etsələr, düşünürəm ki, qaçılmaz olaraq görüşüb danışacaqlar", - deyə o, "Vesti" əməkdaşı Pavel Zarubinlə müsahibəsində deyib. pizza hut
Uşakov qeyd edib ki, ABŞ hələlik bu məsələ ilə bağlı heç bir siqnal almayıb:
"Hələ 3 ayımız, o vaxta qədər iştirak etməli olduğumuz bir çox böyük beynəlxalq tədbirlərimiz var".
Xatırlatma: builki APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Telegram kanalımız