“Onun arvadını hamı tanıyır” - Zaxarovadan nazirə   SƏRT CAVAB

saytların hazırlanması

Evə çatdırılma

“Onun arvadını hamı tanıyır” - Zaxarovadan nazirə SƏRT CAVAB

Siyasət

27 Sentyabr 2026 15:52 137


Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsində diplomatiyanı bir peşə kimi məhv edib. O, sağalmaz rusofobiyadan əziyyət çəkir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Xarici siyasət xidmətinin rəhbəri vəzifəsini tutan şəxs Polşada diplomatiyanı sözün əsl mənasında bir peşə kimi tapdalayıb və məhv edib. O, müəyyən qüvvələrlə — qlobal səhnə arxasındakı, belə desək, rusofobiyadan əziyyət çəkən və görünür, başa düşdüyüm qədəri ilə sağalmaz qüvvələrlə — əlaqəlidir. pizza sifarişi

Sikorskinin arvadının kim olduğunu bilirsiniz - xanım Applebaum. O, Amerika Birləşmiş Ştatları ilə sıx bağlıdır. Sikorski isteriya ilə özü üçün danışır”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin BMT TŞ-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı iddialarına cavabı dünya mediasının gündəminə çevrilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!