Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari gələcək illərdə parlamentə təqdim olunan büdcə zərfinə mövcud vergi güzəştlərinin real iqtisadi səmərəliliyini əks etdirən ayrıca analitik sənədin də daxil edilməsini təklif edib.
Deputat qeyd edib ki, son 10 ildə dövlətin vergi güzəştləri şəklində sahibkarların sərəncamında saxladığı maliyyə vəsaitləri hesabına ölkə iqtisadiyyatında nə qədər əlavə dəyərin yaradıldığı, neçə daimi iş yerinin açıldığı və digər makroiqtisadi nəticələr parlamentə təqdim olunan hesabatda aydın şəkildə öz əksini tapmalıdır. İnternetdən sifariş
Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində xarici təsirlərdən asılılığın azaldılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Z.Oruc dərman preparatları, tibbi avadanlıqlar və kənd təsərrüfatı texnikası da daxil olmaqla bir sıra istiqamətlərdə mühüm vergi güzəştlərinin tətbiq olunduğunu xatırladıb.
Parlamentari əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faiz olduğunu nəzərə alaraq, yerli istehsal prosesi üçün zəruri olan avadanlıq və xammalın idxalı zamanı vergi ödənişlərinin təxirə salınması imkanlarının daha da genişləndirilməsini təklif edib.
Nazim Hacıyev
Telegram kanalımız