Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, aparıcı bu barədə öz proqramında danışıb. O bildirib ki, aktrisanın ailəsində baş verən hadisə zamanı onun yanında olub. Lakin Elgizin anası vəfat etdikdə Mehriban Xanlarova nə başsağlığı verib, nə də zəng edib.
Elgiz Əkbər bu münasibətin ona pis təsir etdiyini bildirib: Pepperoni pizza
“Onun ailəsində hadisə baş verdi, yanında oldum. Amma mənim anam rəhmətə getdi, Mehriban başsağlığı vermədi. Quruca zəng də vurmadı. Dostumsan, neçə ildir münasibətimiz var. Xeyir işə gəlməyə bilərsən, normaldır. Amma yas elədir ki, gözləyirsən.
Qardaşının yası olandan sonra onu görməmişəm. Düşündüm ki, məni axtarar”.
Aydan Hacı
Telegram kanalımız