Oqtay Əliyevin son arzusu - Dilarə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əliyevin son arzusu - Dilarə danışdı

Şou

01 May 2023 16:20 863


Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.

Yenisabh.az Yenicag-a istinadla xəbər verir ki, aktrisa aparıcısı olduğu “Söhbət var” verilişində mərhum həyat yoldaşı barədə danışıb.

O, Oqtay Əliyevin ən böyük arzusunu dilə gətirib: Dördpendirli pizza

“Oqtayın ən böyük arzusu İrəvana getmək idi. Ömür vəfa etsəydi, heç olmasa, bir dəfə qismətinə yazılsaydı, İrəvana gedib məhəllələrinə baş çəksəydi. Bu onun üçün ən böyük xoşbəxtlik olardı. İnsan nə qədər yurd həsrəti ilə yaşaya bilər?.. Oqtayda o böyük yurd həsrəti var idi.

Ortay heç vaxt ağlamazdı. Çox möhkəm insan idi. Ömründə bir dəfə onun ağladığını gördüm. İrəvandakı məhəllələrinin videosunu çəkib göstərdiklərində Oqtay əlini başına tutmuşdu, gözündən yaş axırdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!