Orta məktəblərdə smartfon qadağası

saytların hazırlanması

Evə çatdırılma

Orta məktəblərdə smartfon qadağası

Sosial

06 Fevral 2022 09:16 2851


Son vaxtlar orta məktəblərdə baş verən hadisələrlə bağlı yayılan videolardan sonra Təhsil Nazirliyi problemin özünəməxsus həll etmək qərarına gəlib.

Bu haqda “Yeni Sabah”a məlumat verən mənbə deyib ki, təhsil idarəçiləri neqativ halların baş verməsinin deyil, bu hadisələrin yayılmasının qarşısını almaq üçün unikal yol təklif edib. Bu da şagirdlərin orta məktəblərə smartfon telefonları gətirməsinin qadağan olunmasıdır.

Xəbərə görə artıq paytaxtın əksər orta məktəblərində şagirdlərə yaxın günlərdə bu qadağanın tətbiq olunacağı haqda xəbərdarlıq edilib.  Məktəbə smartfonla gələn şagirdlərin telefonları isə mühafizə xidmətinin əməkdaşları tərəfindən alınacaq və yalnız dərsdən sonra onlara qaytarılacaq. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!