Ötən il imtahan verənlərin 30 faizindən çoxu kəsilib

saytların hazırlanması

Evə çatdırılma

Ötən il imtahan verənlərin 30 faizindən çoxu kəsilib

Sosial

04 İyul 2023 15:54 755


2022-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən məzunların 22 faizi dövlət ali məktəblərinə dövlət sifarişi əsasında qəbul olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat yer alıb. 

Bildirilib ki, imtahanlarda iştirak edənlərin 1,3 faizi özəl ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul olunub. Bundan əlavə, 15,1 faizi dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla, 4,1 faizi özəl ali məktəblərə ödənişli əsaslarla qəbul olublar.  Dördpendirli pizza

İmtahanda iştirak edənlərin 8,5 faizi tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar. 18,6% məzun qəbul kampaniyasında iştirak etməyib. İmtahanlarda iştirak edənlərin 30,5 faizi isə qəbul olmayanlardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!