Roza Zərgərliyə televiziyada vəzifə verilməsi ilə bağlı xəbərlər yayılıb. Müğənninin "Kanal S" televiziyasının Baş prodüseri təyin olunduğu bildirilir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Roza Zərgərli ötən ildən bəri sözügedən kanalın baş prodüseri olduğunu açıqlayıb:
“Yeni vəzifə mənə keçən ilin fevral ayında verilib. Bu xəbəri yayamağa 1 il 1 ay gecikiblər. Kanal S-in ana binası Şəkidə yerləşir, lakin ikinci alternativ binamız Bakıdadır. Layihələrin çoxu Bakıda çəkilir, amma yayımı Şəkidən gedir”. Toyuqlu pizza
Sənətçi bundan öncə də prodüser kimi çalışdığını və bu sahədə yetərincə təcrübəsi olduğunu qeyd edib:
“Sözsüz ki, bundan öncə bu sahədə təcrübəm olub. Əvvəllər ifaçıların prodüserliyi ilə məşğul olmuşam. Özümün prodüser şirkətim olub, prodakşnla bir neçə televiziya layihəm olub. Həmin layihələrin prodüseri və yaradıcısı, həmçinin aparıcısı məhz özüm olmuşam. Ona görə bu sahədə təcrübəm var”.
Qeyd edək ki, 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı hazırda respublika üzrə yayıma başlayıb.
Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" adı dəyişdirilərək yenidən televiziya "Kanal-S" adlandırılıb. Əsmətxanım Rzazadə
Telegram kanalımız