Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

İdman

18 İyun 2026 20:58 278


Özbəkistan milli komandasının yarımmüdafiəçisi Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən qısaboylu futbolçu kimi unikal rekorda imza ataraq adını tarixə yazdırıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, boyu cəmi 167 santimetr olan 22 yaşlı gənc istedad DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Kolumbiya ilə keçirilən gərgin qarşılaşmada (1:3) Özbəkistan yığmasının yeganə qolunun müəllifi olub.

Məhz bu dəqiq baş zərbəsi sayəsində yarımmüdafiəçi daha öncə uruqvaylı Corcian de Arraskaetaya (boyu 173 sm) məxsus olan əvvəlki rekordu yeniləyib. pizza hut

Qeyd edək ki, Arraskaeta öz rekordunu DÇ-2022-də Qana yığmasının qapısına başla yol taparaq müəyyənləşdirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!