Özbəkistan əlifbasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistan əlifbasını dəyişdi

Dünya

10 Sentyabr 2026 20:26 145


Özbəkistan Senatı latın qrafikası əsasında özbək əlifbasının yekun variantını təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti öz saytında məlumat yayıb.

Yeni sistem əvvəlki 26 hərf və üç hərf birləşməsi əvəzinə artıq 28 hərf və bir apostrofdan ibarətdir. Qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. pizza mizza

Edilən dəyişikliklər özbək dilinin yayılmasına kömək edəcək və onun rəqəmsal mühitdə istifadəsini asanlaşdıracaq. Keçid dövründə köhnə nümunəli sənədlər, qiymətli kağızlar və tədavüldə olan milli valyuta hüquqi qüvvəsini saxlayacaq. Dövlət müəssisələrinə və digər təşkilatlara daha sonra müəyyən ediləcək müddət bitənədək əvvəlki simvolika, lövhə və göstəricilərdən istifadə etməyə icazə veriləcək.

Ərəb əlifbasını əvəz edən latın qrafikalı əlifba Özbəkistanda rəsmi olaraq 1929-cu ildən tətbiq olunub. Kiril əlifbasına keçid Özbəkistan SSR-də 1940-1942-ci illərdə baş verib. Müstəqillik əldə edildikdən bir neçə il sonra - 2 sentyabr 1993-cü ildə Özbəkistan parlamenti "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanun qəbul edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!