Özcan Dəniz arvadını döyüb?  - Övladıma görə susuram“
23 Yan 2021 13:02
234

Özcan Dəniz arvadını döyüb? - Övladıma görə susuram“

Müğənni-aktyor Özcan Deniz keçmiş arvadı Feyza Aktanın onla bağlı iddialarına cavab verib.

Yenisabah.az xəbər verir ki, bu haqda İnstaqramında paylaşım edən sənətçi oğlu üçün susduğunu bildirib. Özcan Feyzanın yalan danışdığını, heç bir iddianı qəbul etmədiyini söyləyib:

"Mediada çıxan, illər əvvəl yaşandığı deyilən, heç bir gerçək tərəfi olmayan, nə üçünsə illər əvvəl yox indi ortaya çıxan iddiaları qəbul etmirəm. "Palçıq at, izi qalsın" fikri ilə edilib. Heç bir qadına şiddət göstərmədim, keçmiş həyat yoldaşıma maddi və mənəvi işgəncə vermədim. Yeni bir layihə təqdim edəcəyim ərəfədə bunların yaşanması başqa bir məsələdir.

Deyəcək çox sözüm var, amma övladıma görə susuram. Gələcəkdə övladımı üzəcək iz qoymaram. Mən bu həyatda ən dəyərli varlığım olan uşağımı düşünürəm. Əlimdən alınmağa çalışılarsa, oğlumu bu çirkin davadan ziyan görmədən qurtarmağa çalışacam. Onun gələcəyini qurmaq, ona maddi və mənəvi bir miras qoymaq üçün işləyirəm. Anası haqda yerli-yersiz danışmadım, danışmayacam da. Bütün baş verənləri məhkəmə yolu ilə araşdırıb, ortaya çıxaracam".

Axşam.az xatırladır ki, Feyza Özcanın və qardaşının onu şantaj etdiyini, döydüyünü bildirib. O, məhkəməyə şikayət edərək sənətçi ilə bağlı uzaqlaşdırma qərarı çıxartdırıb. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər