Özcan Deniz qardaşını ölümlə hədələyib

saytların hazırlanması

Evə çatdırılma

Özcan Deniz qardaşını ölümlə hədələyib

Hadisə

01 Oktyabr 2026 13:16 69


Türkiyəli müğənni və aktyor Özcan Denizlə qardaşı Ercan Deniz arasındakı qalmaqal yeni mərhələyə keçib.

“Yeni Sabah” xəbər verir ki, Ercan Deniz qardaşının onu ölümlə hədələdiyini iddia edərək İstanbul Baş Prokurorluğuna müraciət edib.

Şikayət ərizəsində hadisənin aprelin 5-də baş verdiyi bildirilib. Ercan Denizin sözlərinə görə, həmin gün onun telefonuna Özcan Denizin meneceri Erhan K. tərəfindən səs yazısı göndərilib. pizza mizza

İddiaya əsasən, səs yazısında Özcan Denizə aid olduğu bildirilən səsdə “Bu günə qədər etdiklərinlə öz ayağına atəş açdın. Bundan sonra da öz etdiklərinlə öz başına atəş açarsan” ifadələri səsləndirilib.

Ercan Denizin vəkili bu ifadələrin müvəkkilinə qarşı həyatına yönəlmiş təhdid olduğunu bildirib. Ercan Deniz isə başına gələ biləcək hər hansı qəza və ya hücuma görə Özcan Denizi məsul tutacağını açıqlayıb.

O, səs yazısındakı şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsini də tələb edib.

Qeyd edək ki, Ercan Deniz və bacısı Yurda Deniz digər bacıları Sibel Deniz Semerci barədə də təhqir ittihamı ilə şikayətçi olublar. Bu işlə bağlı Özcan Deniz sentyabrın 29-da Aydın Ədliyyə Sarayında şahid qismində ifadə verib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!